ABŞ bir neçə aydan sonra Ukraynaya ilk 400 milyon dollarlıq hərbi yardım paketini hazırlayır.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
“ABŞ Ukraynaya 400 milyon dollarlıq silah yardımı paketi hazırlayır”, deyə materialda qeyd edilir.
Bildirilir ki, anonimlik şərti ilə danışan rəsmilər çərşənbə axşamı günü elanın gözlənildiyini söyləyib.
Bundan bir qədər əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyasının 2025-ci il üçün federal büdcə layihəsinə Ukraynaya yardım üçün əlavə vəsait ayrılması ilə bağlı ölkə Konqresinə əvvəlki müraciətini daxil etdiyi bildirilib.
Samir