Putin Finlandiyanı hədələdi: "Orda dağıdıcı sistemlərimiz olacaq"

DÜNYA
09:49 / 13.03.2024
348

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Finlandiyanın NATO-ya daxil olması onun sərhədlərində Rusiya Federasiyasını məğlub etmək üçün qoşun və sistemlərin meydana çıxmasına gətirib çıxaracaq. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Amma orada qoşunumuz yox idi, bundan sonra olacaq. Orada dağıdıcı sistemlər yox idi, bundan sonra olacaq", deyə Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, neytrallıq İsveç və Finlandiyaya NATO-ya daxil olmaqdan daha çox üstünlüklər verib.

Bundan əvvəl Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasını tamamilə mənasız addım adlandırıb.

Martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağı qaldırılıb və bundan sonra ölkə rəsmi olaraq alyansa üzv olub. Dövlət nümayəndələri bildiriblər ki, hazırda ölkə ərazisində NATO bazalarının və nüvə silahlarının yerləşdirilməsinə ehtiyac görmürlər.

İsveç Finlandiya ilə birlikdə 18 may 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. 4 aprel 2023-cü ildə Finlandiya NATO-nun tamhüquqlu üzvü olub.

Samir

0