Üç Avropa lideri Ukrayna ilə bağlı görüş keçirəcək

DÜNYA
10:31 / 13.03.2024
293

Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 15-də Berlində görüşəcəklər. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən yazıb.

Jurnalistlərin məlumatına görə, Makron və Şolts günortadan sonra ikitərəfli görüş keçirəcək, daha sonra onlara Polşanın baş naziri də qoşulacaq.

Nəşr qeyd edir ki, bu, Tuskun 2023-cü ilin dekabrında hökumətə başçı olduqdan sonra Veymar üçbucağı formatında ilk görüş olacaq.

Mənbə görüşün məqsədinin fikir ayrılıqlarının artması ilə bağlı xəbərlər fonunda Ukrayna məsələsi üzərində işləməkdə liderlərin birliyini nümayiş etdirmək olduğunu bildirib. Bununla belə, sənədlərin imzalanması və ya konkret müqavilələrin elan edilməsi nəzərdə tutulmur.

Samir

0