Meqan Markl ögey bacına məhkəmədə qalib gəldi

DÜNYA
19:25 / 13.03.2024
309

Düşes Meqan Markl ögey bacısı Samanta Markla qarşı böhtan iddiasını qazanıb. 

HİT.az xəbər cerir ki, bu barədə "People" məlumat yayıb.

Hakim Şarlin Hanivell iddianı rədd edib. Çünki Samanta Markl bacısının Oprah Vinfri ilə müsahibəsində və jurnalistlərlə digər söhbətlərində onu böhtan atdığını sübut edə bilməyib. Bu halda hersoginyanın qohumu yenidən iddia qaldıra bilməyəcək.

Samanta Markl Meqan Marklın Oprah Vinfri ilə müsahibəsində tək uşaq olaraq böyüdüyünü söyləməklə ona böhtan atdığını iddia edib. Düşesin ögey bacısının dediyinə görə, o və Meqan Los-Ancelesdə yaşayarkən kifayət qədər yaxın olublar. 

Böhtan işi 2022-ci ilin martında qaldırılıb və hakim Meqan Marklın sadəcə olaraq "uşaqlığı və bacısı ilə münasibətləri haqqında fikirlərini" ifadə etdiyini müəyyən etdikdən sonra 2023-cü ilin martında rədd edilib. Noyabr ayında Samanta Markl işi yenidən məhkəməyə müraciət edib və şahzadə Harrinin həyat yoldaşından 75 min dollar tələb edib.

Meqan Markl 2018-ci ildə toydan əvvəl onun və şahzadə Harrinin fotoşəkillərini mətbuata satdıqdan sonra atası ilə əlaqəni dayandırıb. Tomas Markl qızının toy mərasimində iştirak etməyib və onu qayınatası, o vaxt Uels şahzadəsi olan hazırkı Kral Çarlzın qurbangahının yanına aparmayıb.

Samir

0