Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə əsas mövzu kimi Ukrayna münaqişəsini seçib.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla o, Milli Cəbhə Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Peni çətin siyasi vəziyyətə salıb.
Nəşr vurğulayır ki, Fransa lideri iyunda keçiriləcək Avropa seçkilərini qitə uğrunda mübarizə və Ukraynadakı vəziyyətin həllində həlledici rol kimi təqdim edib.
"Makron Marin Le Peni Rusiya prezidenti Vladimir Putinin müttəfiqi kimi göstərib", deyə məqalədə qeyd edilir.
Nümunə kimi materialda Makronun Milli Assambleyada (Fransa Parlamenti) Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin təsdiq edilməsi məsələsi üzrə səsvermə keçirmək qərarı göstərilib. Onun məqsədi Le Penə mane olmaqdır.
Samir