Latviya: "Ukrayna ordusuna kömək etmək üçün daha ​​çox iş görməliyik"

DÜNYA
15:32 / 14.03.2024
563

Latviyanın baş naziri Evika Silina Ukraynanın məğlubiyyətinin Qərb ölkələri üçün mənfi nəticələrinə diqqət çəkərək, Qərbin Ukrayna Silahlı Qüvvələrinə kömək etmək üçün daha ​​çox iş görməli olduğunu deyib. 

HİT.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib. 

"İnanıram ki, Ukrayna Silahlı Qüvvələrinə kömək etmək üçün daha nə edə biləcəyimizi yüksək səslə danışmaq çox vacibdir", deyə o qeyd edib.

Bundan əvvəl Evika Silina bildirib ki, gələcəkdə Baltikyanı ölkələrlə Rusiya, eləcə də Belarus arasında "dəmir pərdə" yaranacaq. Baş nazir vurğulayıb ki, ilk növbədə, söhbət Rusiyadan iqtisadi və enerji müstəqilliyinin təmin edilməsindən gedir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq o qədər də asan deyil. Evika Silina əlavə edib ki, bölgədəki ölkələr hələ də prosesdədir.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Silinin Rusiya Federasiyası ilə "dəmir pərdə" ilə bağlı bəyanatını şərh edərkən, Baltikyanı ölkələrin bu ehtiyaclar üçün kifayət qədər dəmirə sahib olmadığına diqqət çəkib.

Samir

0