Olaf Şoltsla Makron arasında nə baş verib? - "Çox yaxşı şəxsi münasibətləri..."

DÜNYA
20:34 / 14.03.2024
397

HİT.az xəbər verir ki, bu barədə BR24 məlumat yayıb.

Qeyd olunur ki, Şolts bu açıqlamanı Makron və Polşanın baş naziri Donald Tusk ilə görüşü ərəfəsində verib.

"Emmanuel Makronla çox yaxşı şəxsi münasibətlərimiz var. Bu çox mehriban münasibətdir", deyən kansler Almaniya-Fransa dostluğunda xüsusilə maraqlı olduğunu vurğulayıb.

Şolts qeyd edib ki, sabah Berlində Veymar üçbucağının ən yüksək toplantısı ilk növbədə Ukraynaya yardıma həsr olunacaq.

"Yaxşı ki, hazırda biz Veymar üçbucağında birləşirik. Biz Ukraynaya mümkün qədər çox dəstək təşkil etmək üçün mümkün olan hər şeyi etməliyik", deyə kansler əlavə edib.

Bir gün əvvəl Avropa İttifaqı Ukraynaya yardım üçün 2024-cü il üçün 5 milyard avronu təsdiqləyib. Müvafiq qərarı Aİ-dəki Daimi Nümayəndələr Komitəsi dəstəkləyib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell qeyd edib ki, "mesaj aydındır: biz Ukraynanı qələbəsi üçün bütün mümkün vasitələrlə dəstəkləyəcəyik".

Samir

 

0