Amerika seçkiləri: Bayden, yoxsa Tramp? - Rəy sorğusu

DÜNYA
21:08 / 14.03.2024
581

ABŞ-ın hazırkı prezidenti, demokrat Co Bayden amerikalı seçicilərin seçki simpatiyasına görə Ağ Evin keçmiş rəhbəri, ölkənin əsas postuna namizəd respublikaçı Donald Trampı qabaqlayır. 

HİT.az xəbər verir ki, bunu "Reuters"lə "Ipsos"un sorğusunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının fikrincə, Bayden Trampdan 1 faiz üstünlüyə malikdir. Belə ki, çərşənbə günü bağlanan bir həftəlik sorğuda qeydə alınmış seçicilərin təxminən 39%-i seçkilər bu gün keçiriləcəyi təqdirdə Baydenə səs verəcəklərini bildirib. 38% isə keçmiş prezident Trampa üstünlük verir.

Qeyd olunur ki, Baydenin üstünlüyü sorğunun 1,8% səhv marjası daxilində olub.

Sorğu onu da göstərib ki, bir çox amerikalı seçici hələ də öz seçimini etməyib: 11% digər namizədlərə səs verəcəklərini, 5%-i ümumiyyətlə səs verməyəcəklərini, daha 7%-i kimə səs verəcəyini bilmədiklərini və ya cavab verməkdən imtina etdiklərini bildiriblər.

Ağ Evin keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəddir. Bu, onun Respublikaçılar Partiyasındakı rəqibi Nikki Heylinin yarışdan çıxdığını elan etməsindən sonra aydın olub. Heyli respublikaçı seçicilərin diqqətini cəlb edə bilməyib, ilk beş namizəd kokusunu və birindən başqa bütün praymerizləri uduzub.

Samir

 
0