Britaniya kəşfiyyatının (MI6) keçmiş rəhbəri Riçard Dearlove vəzifədə olduğu müddətdə Almaniya ilə kəşfiyyat məlumatlarını bölüşməkdən imtina edib. Çünki Almaniyanın məxfi məlumatların təhlükəsizliyi baxımından dəhşətli dərəcədə zəif olub.
HİT.az xəbər verir ki, Riçard Dearlove bu barədə "Politico" qəzetinə danışıb.
"Siz də mənim kimi bilirsiniz ki, onların təhlükəsizlik göstəriciləri bərbad vəziyyətdədir. Bu, əslində olduqca sarsıdıcıdır... Bəzi çox həssas şeylər var idi ki, biz onlara həyatlarında heç vaxt təmin etməzdik", deyə Dearlove bildirib.
Onun sözlərinə görə, Almaniyanın keçmiş kansleri Angela Merkel Almaniyanı mobil telefondan idarə etməkdə diqqətsiz davranıb. "Rusların onu dinlədiyinə əmin ola bilərsiniz. Düşünürəm ki, Almaniya ilə problem ondadır ki, onlar indi temperamentcə pasifistdir və təhlükəsizliyi heç vaxt ciddi qəbul etməyib", deyə Dearlove əlavə edib.
Samir