Almaniya hansı halda nüvə silahı yarada bilər? - Alman ekspert

DÜNYA
21:25 / 15.03.2024
494

Alman ekspert, Hamburq Universitetinin Sülh Araşdırmaları və Təhlükəsizlik Siyasəti İnstitutunun əməkdaşı Ulrix Kühn istisna etməyib ki, London və Paris Avropanı təkbaşına müdafiə edə bilməsələr, Almaniya öz nüvə silahı haqqında düşünə bilər. 

HİT.az xəbər verir ki, o, öz fikrini "Atom Alimləri Bulletin" jurnalına yazdığı məqalədə bildirib.

"Almaniya çox güman ki, Paris və Londonu Avropanın təhlükəsizliyini təmin etmək üçün artan nüvə öhdəlikləri üçün sınaqdan keçirəcək. Amma bu uğursuz olarsa, Berlin həqiqətən də öz təhlükəsizliyini təmin etmək üçün bütün qərarların ən çətini ilə üzləşə bilər", deyə ekspert yazır.

O qeyd edib ki, Almaniyanın nüvə müzakirələrinin "son versiya"sı əvvəlkilərdən bəzi əsas fərqləri göstərir. Məsələn, bunlar Rusiya Federasiyasının təcavüz təhdidi  və ABŞ-ın Avropadan çəkilməsi şəraitində baş verir.

Samir

0