ABŞ Ukraynaya kömək etməkdən imtina edərsə, Kiyev "B planı" üzrə hərəkət edəcək - yardım üçün G7 ölkələrinə üz tutacaq.
HİT.az xəbər verir ki, bunu Rada telekanalının efirində Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.
"Variant B bütün G7 ölkələrinə müraciətdir. Əgər ABŞ-dan kifayət qədər dəstəyimiz yoxdursa, onlar ABŞ-ı əvəz etmək üçün öz töhfələrinin həcmini artırsınlar", deyə Marçenko bildkrib.
Eyni zamanda, Ukrayna ümid edir ki, Amerika Konqresinin Nümayəndələr Palatası buna baxmayaraq, Kiyevə yardımın təsdiqlənməsi və dövlətin birbaşa büdcə dəstəyinin saxlanması üçün bir həll tapacaq. Rəsminin sözlərinə görə, indi belə ümidlərə əsas var.
Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin ölkəsinin başqa ölkələrin hərbi yardımından asılılığını heç vaxt dayandırmayacağını bildirmişdi. Eyni zamanda o qeyd edib ki, hakimiyyət öz tərəfdaşlarının üzərinə düşən yükü azaltmağa çalışır.
Bu arada məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrail və Ukraynaya ayrı-ayrılıqda hərbi yardımın göstərilməsi məsələsinə baxılır.
Samir