İranda silahlı qarşıdurma - Polis öldürüldü

DÜNYA
09:37 / 16.03.2024
324

İranda silahlı qarşıdurma baş verib.

Hadisə Səravanın  Pərəkənt kəndində qeydə alınıb.

Şəhərin başçısı Səid Təclilinin sözlərinə görə, ərazidə bir neçə silahlı şəxs polis əməkdaşlarına atəş açıb:

“Nəticədə bir polis nəfəri ölüb, ikisi yaralanıb”.

Hazırda faktla bağlı araşıdırma aparılır.

0
Qafqazinfo