Yuxuda olan insanın beyni rahatlaşdırıcı sözlərə cavab olaraq ürək döyüntüsünü yavaşlada bilər.
HİT.az xəbər verir ki, bunu "Journal of Sleep Research" (JSR) jurnalında dərc olunan araşdırma göstərir.
Alimlər elektrokardioqramdan istifadə edərək yatan insanların ürək fəaliyyəti haqqında məlumatları təhlil ediblər. Onlar müəyyən ediblər ki, neytral sözlərin insanın ürəyinə heç bir təsiri yoxdur, lakin rahatlaşdırıcı sözlər ürək döyüntüsünü ləngitməyə kömək edir. Bundan əlavə, onlar dərin yuxu müddətini və yuxu keyfiyyətini artırır.
Tədqiqat beynin yuxu zamanı duyğu məlumatlarını şərh edə biləcəyini ifadə edə bilər. Bu xüsusiyyət, tapıntılar gələcək tədqiqatlarla təsdiqlənərsə, sözlərdən istifadə edərək insanın yuxusuna müsbət təsir göstərməyə imkan verəcək.
Samir