Tiflisdə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə Gürcüstanın Şimali Atlantika Alyansı üçün çox önəmli olduğunu bildirib.
HİT.az-ın məlumatına görə, baş katib bildirib ki, bir neçə gün əvvəl Türkiyənin hərbi freqatı Batumidə olub və gürcü tərəfdaşları ilə görüşüb.
"Bu, bizim regionda necə əməkdaşlıq etdiyimizə, imkanları paylaşdığımıza və potensialı gücləndirdiyimizə bir nümunədir. Bu, Gürcüstanın NATO üçün nə qədər vacib olduğunu sübut edir. Bu cür əməkdaşlıq daha güclü, demokratik proseslərin, o cümlədən inteqrasiyanın təmin edilməsi üçün həyata keçirilir. Gürcüstana namizəd statusunun verilməsi onların rifah arzularını və bu istiqamətdə ruhu gücləndirəcək", deyə blokun baş katibi bildirib.
Yens Stoltenberq bildirib ki, NATO Gürcüstan hakimiyyətini Rusiyanı dayandırmaq üçün daha çox iş görməyə çağırıb. Onun sözlərinə görə, NATO Gürcüstan hakimiyyətinin ukraynalı qaçqınların yerləşdirilməsi ilə bağlı yardımını bəyənir, lakin o, bunu yetərsiz hesab edir.
Qeyd edək ki, Stoltenberq ötən gün Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. NATO-nun rəhbəri bu gün Bakıdan Tiflisə gedib, orada Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüş keçirib, daha sonra mətbuata açıqlama verib.
Samir