Norveç husilərlə gizli danışıqlar aparıb

DÜNYA
20:18 / 18.03.2024
329

Norveç Yəmənin Ənsar Allah hərəkatı (Husilər) ilə Qırmızı dənizdəki münaqişə ilə bağlı gizli danışıqlar aparıb. 

HİT.az xəbər verir ki, bu barədə yerli NRK agentliyi Norveç Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Norveç bir neçə ildir ki, husilərlə gizli danışıqlar aparır", deyə nəşr qeyd edib.

Şimal ölkəsinin Xarici İşlər Nazirliyi Yəməndəki münaqişə və BMT-nin respublikadakı diplomatik səyləri ilə bağlı hərəkat nümayəndələri ilə uzun müddət əlaqə saxladığını təsdiqləyir. Belə ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Andreas Kravik Omanda husilərlə görüşüb. Bundan əlavə, Norveç Xarici İşlər Nazirliyinin nümayəndələri bundan əvvəl Yəmənin daxilində uzun müddətdir davam edən münaqişəni həll etmək üçün Yəmənin paytaxtı Sənaya gəliblər.

Bundan əvvəl Ənsar Allah Siyasi Bürosunun üzvü Əli əl-Kahum bəyan etmişdi ki, üsyançı hərəkatdan olan Yəmən husiləri birqütblü dünya anlayışını məhv etmək üçün Rusiya və Çinlə işləyirlər.

Samir

0