Donald Tramp: "Biz Çinin kuklasıyıq"

DÜNYA
10:27 / 19.03.2024
409

ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının yürütdüyü siyasət üzündən ABŞ Çinin kuklasına çevrilib. 

HİT.az xəbər verir ki, bu fikri ölkənin eks-prezidenti Donald Tramp deyib.

Tramp Baydeni ABŞ "tarixinin ən pis prezidenti" adlandırıb. Sabiq prezident deyib ki, "Rusiya və bütün digər ölkələr ABŞ-a nə istəsələr, edə bilərlər".

Eks-prezident ayrıca Çinlə münasibətlərə diqqət çəkərək deyib: "Biz Çinin kuklasıyıq".

Martın 17-də Trump Baydenin ABŞ-a "görünməmiş zərər" vura biləcəyini proqnozlaşdırıb. Trampın sözlərinə görə, Bayden administrasiyasının hərəkətləri ABŞ iqtisadiyyatını məhv edib və miqrant axınına və inflyasiyanın artmasına səbəb olub. ABŞ-ın keçmiş prezidenti bütün fəlakətlərin qarşısını almağın ən asan yolunun özünün hakimiyyətə qayıtması olduğunu bildirib.

Samir

0