İlon Mask Baydeni miqrant cinayətləri ilə bağlı fəaliyyətsizlikdə ittiham etdi

11:32 / 19.03.2024
381

Amerikalı milyarder İlon Mask bildirib ki, ABŞ prezidenti Co Bayden və onun administrasiyası miqrant cinayətləri ilə mübarizə aparmır. 

HİT.az xəbər verir ki, milyarder bu barədə X sosial şəbəkəsində yazıb..

"Bayden administrasiyası heç nə etmir", deyə Mask qeyd edib.

Sahibkar bu barədə Los-Anceles polisinin evləri qarət edən əcnəbilərdən ibarət mütəşəkkil dəstələrə qarşı mübarizə aparmaq üçün xüsusi dəstə yaratması ilə bağlı xəbəri şərh edərkən danışıb. Cinayətkarların Latın Amerikası ölkələrindən gəldiyi və 2024-cü ilin ilk aylarında 900-dən çox evin qarət edildiyini qeyd edilir.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baydenin yürütdüyü immiqrasiya siyasətini insanlığa və ölkəyə qarşı cinayət adlandırmışdı.

Martın 9-da ABŞ-ın Texas ştatının federal hakimi onlarla respublikaçı ştatın miqrantlara yardım proqramının dayandırılmasını tələb edən iddiasını rədd edib.

Fevralın sonunda sərhəddə yerləşən Texas qraflığının şerifi Terrell Thaddeus Klivlend Amerika liderini Meksika sərhədində açıq qapı siyasəti yürütməkdə ittiham edib.

Samir

0