Polşa Ordusunun Baş Qərargahının keçmiş rəisi, general Raymund Andjeyçak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə münaqişədə itkiləri yüz minlərlə yox, milyonlarla hesablanmalıdır.
HİT.az xəbər verir ki, o, bu barədə "Polstat" telekanalında bildirib.
"Hesab edirəm ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri yüz minlərlə deyil, milyonlarla hesablanmalıdır. Bu ölkədə nə ehtiyat var, nə də döyüşəcək adam qalıb", deyə general bildirib.
O vurğulayıb ki, Ukrayna münaqişəni uduzur və Kiyev üçün çox dramatik vəziyyət yaranıb. Hərbçi bildirib ki, Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postunda Aleksandr Sırskinin əvəzlənməsi təmas xəttində vəziyyəti dəyişməyib və Sırskinin qarşısında eyni vəzifə və problemlər var.
"Məlum oldu ki, qoşunları geri çəkməli və cəbhə xətti düzəldilməlidir. Zalujnının yaşadığı bütün problemlər qaldı", deyə Anjeyçak bildirib.
O, həmçinin yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrində hava hücumundan müdafiə sistemləri üçün raketlər tükənərsə, Rusiyanın Ukrayna hərbi obyektlərinə növbəti effektiv zərbələr verəcəyini proqnozlaşdırıb.
Samir