Şarl Mişel Avropanı müharibəyə hazırlaşmağa çağırdı

DÜNYA
14:10 / 19.03.2024
451

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel qitədə sülhü qorumaq üçün Avropa İttifaqı ölkələrini müharibəyə hazırlaşmağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə o, Fransanın "Liberation" nəşrində dərc olunan köşə yazısında qeyd edib.

Materialda Şarl Mişel Aİ dövlətlərini Rusiyanı hərbi təhlükə kimi ciddi qəbul etməyə və istənilən ssenariyə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra III Dünya müharibəsindən sonra mövcud olan Avropa təhlükəsizlik arxitekturası dönməz şəkildə dəyişib. Mişelin nöqteyi-nəzərindən Rusiya Avropa qitəsinə və qlobal təhlükəsizliyə ciddi hərbi təhdiddir.

"Əgər biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq... Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır, deyə Mişel yazıb.

O, Aİ-ni müharibəyə hazırlığı artırmaq, iqtisadiyyatı stimullaşdırmaq və iş yerləri ilə təmin etmək üçün 2030-cu ilə qədər müdafiə təchizatını artırmağa çalışmağa çağırıb. Mişel Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini də bəyan edib.

"Ukraynaya silah və texnika almaq üçün Avropa büdcəsindən istifadə etməliyik. Və dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edilməlidir", deyə Mişel qeyd edib.

Samir

0