"Paşinyana qarşı qiyam olacaq" - SENSASİON AÇIQLAMA

DÜNYA
13:00 / 29.03.2024
395

"Ermənistanda Nikol Paşinyana qarşı qiyamlar ola bilər". 

Bunu Hit.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. 

O bildirib ki, Kreml anti-Rusiya siyasəti aparan Ermənistan hakimiyyətinə qarşı addım atacaq:

"Rəsmi Moskva Ermənistanda hakimiyyətin dəyişməsi istiqamətində addımlar ata bilər. Qiyamlar da bu prosesin tərkib hissəsi olacaq. İndiyə kimi belə addımın atılmamasına səbəb Rusiyada keçirilən prezident seçkiləri idi. 

Çünki prezident seçkiləri keçirilənə qədər bu addımın atılması Vladimir Putinin və dövlətin maraqlarında deyildi. Amma artıq Rusiyada prezident seçkiləri arxada qalıb. Belə olan vəziyyətdə isə Nikol Paşinyan höküməti ilə haqq-hesabı çürütmək məsələsi gündəmə gəlir".

346770

Həmsöhbətimiz bunun Kreml üçün qarşıda duran məsələlərdən biri olduğunu söyləyib:

"Yaxın gələcəkdə Ermənistanda Paşinyana qarşı qiyamların, onun hakimiyyətinin sarsıdılması ilə bağlı proseslərin şahidi ola bilərik. Hesab edirəm ki, Rusiya Ermənistana qarşı açıq şəkildə addımlar ata bilər. 

Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan hər cəhətdən Rusiyadan asılı olan bir dövlətdir. Hətta Rusiyanın dəstəyini çəkməsi də Ermənistan üçün ciddi problemlərə gətirib çıxarar". 

Pərviz

0