Moldova ABŞ-a söz verdi - Ukraynanın bərpasına yardım edəcək

DÜNYA
18:20 / 01.04.2024
451

Moldova gələcəkdə Ukraynanın bərpasına yardım etməyə hazırdır. 

HİT.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu Kişinyovda keçirilən görüşdə ABŞ-ın Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritskerə bildirib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Sandu Moldovanın dəmir yolu və avtomobil şəbəkələri vasitəsilə nəqliyyat əlaqələrini asanlaşdıracağına, həmçinin Ukraynanın bərpasında iştirak edən xarici şirkətlərin ölkəyə girişini və qonşu ölkəyə gələcək investisiyalarını asanlaşdırmaq üçün onları respublikada qəbul etməyə hazır olduğunu əmin edib. 

Moldova-Ukrayna sərhədinin uzunluğu 1200 km-dir. Bundan əvvəl Moldova Ukrayna ilə nəqliyyat əlaqəsi üçün dəmir yolunun bəzi hissələrini bərpa etməyə başlayıb.

Samir

0