Rusiya silahlı qüvvələri Ukrayna qoşunlarına qarşı ən son silahlardan - SAO 2S42 Lotos-dan istifadə etməyə hazırlaşır.
HİT.az xəbər verir ki, bu barədə Polşanın “İnteria” nəşri yazır.
"Rusiya ordusu nəhayət ki, Ukrayna müdafiəsini yarıb keçmək niyyətindədir. Bunun üçün Kreml SAO 2S42 Lotos özüyeriyən silahı hazırlayır. Onun sınaqları cəmi dörd il əvvəl baş tutub", deyə materialda qeyd edilir.
Jurnalistlərin fikrincə, silah 25 km-ə qədər məsafəyə yeni idarə olunan raketləri atmağa qadirdir. O, həmçinin suda hərəkət etmək və paraşütlə cəbhənin istənilən bölgələrinə çatdırılmaq üçün istifadə edilə bilər. Bundan əlavə, özüyeriyən silahı əvvəlki nəsillərlə müqayisə etsək, indiki modelin döyüş sursatı qabiliyyəti artıb.
2022-ci ilin aprelində bildirilib ki, ilkin sınaqlar zamanı Lotos SC müxtəlif hava şəraitində müxtəlif yollarda 600 km-dən çox yol qət edib - onun magistralda sürəti 70 km/saat təşkil edir. Atış məsafəsini və dəqiqliyini nümayiş etdirən 300-dən çox atəş açılıb. Özüyeriyən topun su hövzələrində üzmə qabiliyyəti və bataqlıq ərazilərdə manevr qabiliyyəti də yoxlanılıb.
Samir