Polşa Ursula fon der Leyenə qarşı şikayətini geri götürəcək

DÜNYA
17:48 / 01.04.2024
306

Polşa Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı Pfizer-dən COVID-19 vaksinlərinin alınması ilə bağlı əvvəllər verilmiş şikayəti geri götürmək niyyətindədir. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Varşava ötən ilin noyabrında şikayət edib. Ursula fon der Leyen COVID-19 pandemiyasının zirvəsində Pfizer peyvəndlərinin satışı ilə bağlı Avropa İttifaqının ən böyük sövdələşməsindən əvvəl hökumət funksiyalarına müdaxilə etmək, SMS mesajlarını məhv etmək, korrupsiya və maraqların toqquşması ilə ittiham olunur.

Bununla belə, dekabr ayında Aİ tərəfdarı kabinet quran Donald Tuskun seçkilərdə qələbəsindən sonra yeni hökumət Polşanı bu proseslərdən kənarlaşdırmağa çalışır.

Bundan əvvəl məlumat yayılıb ki, Avropanın aparıcı prokurorlarının Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı Pfizer-dən koronavirusa qarşı vaksinlərin alınması ilə bağlı apardığı cinayət araşdırması Avropa İttigaqı prokurorluğunun əlinə keçib. "Politico" qəzeti Lyej (Belçika) prokurorluğuna istinadən yazıb ki,  Aİ prokurorları fon der Leyenlə bağlı araşdırmalara bir neçə ay əvvəl başlayıb. Söhbət AK rəhbəri ilə əczaçılıq şirkətinin baş direktoru Albert Bourla arasında Pfizer vaksinlərinin alınması ilə bağlı danışıqlardan gedir. 

2023-cü ilin fevral ayında Amerikanın "New York Times" qəzeti Avropa Komissiyasının sədri ilə Pfizer şirkətinin baş direktoru arasında COVID-19 peyvəndinin alınması ilə bağlı yazışmaları dərc etməkdən imtina etdiyinə görə Avropa Komissiyasına qarşı iddia qaldırıb.

Samir

 

0