"ABŞ NATO-dan çıxmalıdır".
HİT.az xəbər verir ki, bu təkliflə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massi çıxış edib.
"Havay NATO müqaviləsi ilə əhatə olunmur. Bəzi ekspertlər bunun dəyişdirilməsinin lazım olduğunu iddia edirlər. Dediyim odur ki, gəlin digər 49 ştatı müqavilədən çıxaraq", deyə Tomas Massi bildirib.
Qeyd edək ki, Amerikanın Havay ştatı NATO nizamnaməsinin kollektiv müdafiə bəndinə tabe deyil, dövlətə hərbi təhlükə yaranarsa, müttəfiqlər ona yardım göstərməyə borclu olmayacaqlar. Bu barədə CNN məlumat yayıb.
"Coğrafiya və tarixin xüsusiyyətlərinə görə, Havay texniki cəhətdən NATO Paktı (Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsi, prinsipi birinə hücum hamıya hücumdur) tabeliyində deyil", deyə telekanal qeyd edib.
Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Havaydakı Pearl Harbor bazasına hər hansı bir xarici güc tərəfindən hücum ediləcəyi təqdirdə, Şimali Atlantika Müqaviləsi Təşkilatının onu özlərini müdafiə etmək məcburiyyətində qalmayacaqlar.
Honoluludakı Sakit Okean Forumu analitik mərkəzinin prezidenti Devid Santoro CNN-ə açıqlamasında mövcud vəziyyəti "qəribə" adlandırıb. O, izah edib ki, Havayın ittifaqın 5-ci maddəsindən xaric edilməsinin lehinə olan arqument onun Şimali Amerikanın bir hissəsi olmamasıdır:
"İnsanlar Havay adalarının ABŞ-ın bir hissəsi olduğunu və buna görə də NATO tərəfindən əhatə olunduğunu düşünürlər. Lakin əsas məsələ elə Alyansın adındadır - Şimali Atlantika Müqaviləsi Təşkilatı. Havay, əlbəttə ki, Sakit okeandadır və Kaliforniya, Kolorado və ya Alyaskadan fərqli olaraq, 50-ci ştat şərq sahillərində Şimali Atlantik Okeanına çatan kontinental ABŞ-ın bir hissəsi deyil. Havayın NATO Paktına daxil edilməməsinin səbəbi sadəcə onun Şimali Amerikanın bir hissəsi olmamasıdır".
İstisna 1949-cu ildə NATO-nu yaradan sənəd olan Vaşinqton Müqaviləsində göstərilib. CNN xəbər verir ki, eyni zamanda Havay yalnız 10 ildən sonra ABŞ-ın ştatına çevrilib.
Samir