ABŞ milli borcunun artması səbəbindən fövqəldövlət statusunu itirmək riski altındadır.
Poliqon xəbər verir ki, bu barədə "American Spectator" jurnalı yazıb.
Nəşr xəbərdarlıq edir ki, ölkə öz imkanları daxilində yaşamağa başlamasa, ABŞ-ın hökmranlığı sona çatacaq. Bunun üçün ABŞ-a mövcud iqtisadi trayektoriyanı dəyişdirəcək inandırıcı lider lazımdır.
Konqresin Büdcə Bürosunun son proqnozu göstərir ki, ABŞ-ın dövlət borcu 2034-cü ilin sonuna qədər ÜDM-in 116%-nə, 2054-cü ilə qədər isə ÜDM-in 174%-nə yüksələcək.
Yanvarın əvvəlində ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb. BlackRock-un baş direktoru Larri Fink xəbərdarlıq edib ki, nəhəng borc ölkəni Yaponiyanın “itirilmiş onilliyinə” bənzər böhrana aparan təhlükəli yola salır. İlon Mask da mövcud vəziyyətlə bağlı narahatlığını dilə gətirib.
Samir