"Ermənistanın əsas hədəfi Avropa İttifaqı və NATO-ya üzv olmaqdır".
Bu sözləri politoloq Rizvan Hüseynov Hit.az-a açıqlamasında deyib.
O, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan əsas siyasi xətti adlandırıb:
"Paşinyan ölkəsini Avropa strukturlarına inteqrasiya etmək istəyir. Son illərdə Ermənistan hakimiyyəti məhz bu yolda addım adır. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasın sədri Ursula von der Leyen arasında keçiriləcək görüş də bu yolda bir mərhələdir".
Politoloq qeyd edib ki, Ermənistan son illərdə Qərbə yaxınlaşmağa başlayıb:
"Lakin Ermənistanın Qərblə bu şəkildə yaxınlaşması Kremlin xoşuna gəlmir. Faktiki olaraq, Ermənistan Rusiya ilə müttəfiqliyini pozaraq ABŞ, Fransa, Avropa İttifaqı və NATO-ya daha çox yaxınlaşır".
Ekspertin sözlərinə görə, Qərb Rusiya və Ermənistan arasındakı qarşıdurmadan istifadə edir:
"Üstəlik, rəsmi İrəvan Rusiyanı müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Yəni Qərb İrəvanla ilə Moskva arasındakı qarşıdurmadan məharətlə istifadə edərək Ermənistandan regionda öz xeyrinə istifadə etmək istəyir".
Pərviz