Rus bloger yeni doğulmuş oğlunun ölümünə səbəb olub

DÜNYA
15:40 / 15.04.2024
548

Rusiyanın Lazarevski Rayon Məhkəməsində Soçidən olan 44 yaşlı bloger Maksim Lyutinin məhkəməsi davam edir. 

HİT.az xəbər verir ki, internetdə xam qida pəhrizini fəal şəkildə təbliğ edən blogerin 34 yaşlı sevgilisi Oksana Mironova 2023-cü ilin fevralında 1,3 kq çəkidə oğlan uşağı dünyaya gətirib. 

Valideynləri ona Kosmos adını veriblər. Lakin heç vaxt körpəni qeydiyyat şöbəsində və ya uşaq klinikasında qeydiyyata aldırmayıblar.

Müstəntiqlərin fikrincə, Lyuti körpəyə soyuq su verib və ona süd verməyi qadağan edib. Uşaq bir ay belə yaşamadan yorğunluqdan ölüb. 

Mironova artıq iki il islah işləri cəzasına məhkum edilib. Prokurorluq Lyutiyə 8,5 il sərt rejimli həbs tələb edirlər.

Samir

0