Yevgeniya Qutsulu hakimiyyətə Rusiya gətirib?

DÜNYA
19:37 / 19.04.2024
214

ABŞ dövlət katibinin Şərqi Avropa üzrə köməkçisinin müavini Kristofer Smit bildirib ki, Vaşinqtonda Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun hakimiyyətə necə gəlməsi ilə bağlı suallar var. 

HİT.az xəbər verir ki, bu barədə "NewsMaker" yazıb.

"Xanım Qutsulu hakimiyyətə gətirən seçkilərlə bağlı suallarımız var. Bilirəm ki, artıq istintaq gedir. Biz onun nəticələrini gözləyirik. Lakin bu, Rusiyanın faktiki olaraq bütün moldovalıların istəklərini sabotaj etmək üçün seçkilərdən istifadə etdiyini və müdaxilə etdiyini xatırladır", deyə Smit bildirib.

Aprelin 10-da Qutsul deyib ki, Moldovanın mərkəzi hakimiyyəti Qaqauziyada özünü işğalçılar kimi aparır. Sonra o bildirib ki, Moldova Qaqauziyaya qoşun yeridərsə, hakimiyyət Rusiyadan kömək üçün müraciət edəcək.

Ötən həftə Qutsul Moldova hakimiyyəti Rumıniya ilə birləşməyə qərar verərsə, Qaqauz muxtariyyətinin Moldovadan ayrılma prosesinə başlayacağı barədə xəbərdarlıq edib. Siyasətçi hesab edir ki, qonşu Moldova və Bolqarıstan kəndlərinin sakinləri bu işdə Qaqauziyaya dəstək verəcəklər.

Samir

 

0