Yevgeniya Qutsul hakim partiyanı etnik ədavəti qızışdırmaqda ittiham etdi

19:19 / 22.04.2024
152

"Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası qaqauz xalqına qarşı etnik ədavəti qızışdırmağa çalışır". 

HİT.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul deyib.

Onun sözlərinə görə, prezident Maya Sandu partiyası iki xalqı - qaqauzları və moldovalıları parçalamağa cəhd edir.

"Biz eyni ölkədə yaşayırıq, qardaşıq, amma bizi bir-birimizə qarşı qızışdırmağa çalışırlar. Etnik nifrət qəsdən qızışdırılır", deyə Qutsul bildirib.

Siyasətçi qaqauzların vergi ödəmədiyini deyən Sandunun müsahibəsi haqda danışıb. Qutsul bildirib ki, hakim partiyanın bəzi nümayəndələri şüar və plakatlar ilə çıxış ediblər: "Onların fikrincı, qaqauzlar separatçıdır".

Qaqauz muxtariyyətinin rəhbəri vurğulayıb ki, qaqauz xalqı separatçı deyil, onlar yalnız mallarını orada təmin etmək üçün Rusiya Federasiyası ilə dostluq qururlar.

Samir

0