Keçmiş ABŞ kəşfiyyatçısı: "Ukrayna ərazisinin 50 faizini itirəcək"

DÜNYA
21:34 / 22.04.2024
194

"Xüsusi hərbi əməliyyatın sonuna qədər Ukrayna ərazisi 50 faiz azalacaq".

HİT.az xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin kəşfiyyatının zabiti Skott Ritter "YouTube" kanalı "Danny Haiphong"a müsahibəsində deyib.

"Ukraynanın xəritəsi həmişəlik dəyişəcək. İndi biz Ukraynanın demək olar ki, 50 faiz ərazisini itirəcəyi bir vəziyyət görürük, lakin döyüşlər NATO-nun ən yaxşı ənənələri ilə davam edərsə, o zaman Ukrayna 100 torpaq itirəcək", deyə Ritter bildirib.

Onun sözlərinə görə, Ukrayna Odessa, Xarkov, Nikolayev və Dnepropetrovskla ayrılmalı olacaq.

Keçmiş kəşfiyyatçı əmin olduğunu bildirib ki, yayda Rusiya Silahlı Qüvvələri Ukrayna ordusuna “mütləq məğlubiyyət” verəcək və Kiyev rejimini devirəcək.

Samir

0