Kəşfiyyatçı: "ABŞ müharibədə Çinə qalib gələ bilər"

DÜNYA
18:00 / 23.04.2024
157

Çinlə hipotetik hərbi münaqişə baş verərsə, ABŞ qalib gələ bilər, çünki Amerika ordusu döyüşdə daha çox təcrübəyə malikdir. 

HİT.az xəbər veirr ki, bu barədə Amerikanın "Defense One" portalı adı açıqlanmayan ABŞ kəşfiyyatçısına istinadən məlumat yayıb.

"Biz ABŞ hərbçiləri olaraq müharibələrlə mübarizədə böyük təcrübəyə sahibik. Çin Xalq Azadlıq Ordusunun isə müharibədə heç bir təcrübəsi yoxdur", deyə mənbə bildirib.

Portal qeyd edib ki, Pentaqon modernləşmədə irəliləyir, Çinlə potensial müharibəyə hazırlaşır. Kəşfiyyat zabiti iddia edir ki, Çin prezidenti Si Szinpin bunu qaçılmaz hesab edir.

"Mən çinlilərin döyüş meydanında pis olduğuna inanmaq istəmirəm. Çünki onlar bizə atəş açmağa başlayana qədər pis olduqlarını bilməyəcəyik", deyə kəşfiyyatçı bildirib.

Samir

0