Taliban işsiz əfqanlardan ibarət İŞİD-ə qarşı xüsusi birliyi yaradır

DÜNYA
18:18 / 24.04.2024
144

Taliban hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanda "İslam Dövləti" (İŞİD) və digər qruplaşmalarla mübarizə aparmaq üçün xüsusi bölmənin yaradılması barədə göstəriş verib. 

HİT.az cəbər verir ki, bu barədə Əfqanıstan "İnternational" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, işsiz Taliban üzvlərindən xüsusi birlik yaradacaq, onlara müasir silahlar veriləcək. Silahlılar Talibanın əldə etdiyi kəşfiyyat məlumatları əsasında İŞİD-ə qarşı əməliyyatlar keçirəcək.

Əfqanıstan Daxili İşlər Nazirliyi əyalət hakimiyyətlərindən işsiz talibanların siyahılarını hazırlamağı tələb edib.

Nəşr qeyd edir ki, bu təşəbbüs Taliban liderlərinin ölkənin işsiz sakinlərinin İŞİD və digər terror qruplaşmalarına qoşulmasından narahatlığı ilə izah olunur.

2021-ci ilin avqustunda Taliban islamçı radikal dini-siyasi hərəkatı avqustun 15-də Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib. Taliban ertəsi gün Kabilə daxil olub və müharibənin bitdiyini elan edib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.

Samir

 

0