Netanyahu: "Atəşkəsdən asılı olmayaraq Rəfahda əməliyyat başlayacaq"

DÜNYA
15:17 / 30.04.2024
140

İsrail atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə edilib-edilməməsindən asılı olmayaraq Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyata başlayacaq. 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Bütün məqsədlərə çatana qədər müharibənin dayandırılmasından söhbət gedə bilməz", deyə baş nazir vurğulayıb.

Bundan əvvəl Misirin baş naziri Mustafa Madbouli Dünya İqtisadi Forumunun Ər-Riyadda keçirilən xüsusi sessiyasının kənarında bəyan etmişdi ki, İsrail və HƏMAS daxildən təzyiq altındadır və hazırkı danışıqlar zamanı kompromis həllinə nail olmaq istəmirlər.

Onun sözlərinə görə, hazırda danışıqlarda müəyyən irəliləyiş müşahidə olunur, ancaq bir sıra məqamlarda. Yalnız danışıqlar prosesinin uğuru İsrailin Rəfahda hərbi əməliyyat keçirməsindən yayınmağa kömək edəcək və ölkənin baş naziri vurğuladı ki, Misir bu məqsədə çatmaq üçün bütün səyləri göstərir.

Samir

0