2023-cü ilin sonunda Fransa hakimiyyəti yol hərəkəti qaydalarını pozanlardan 2 milyard avrodan çox pul yığa bilib. Bu ölkədə rekor hesab edilir.
HİT.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransa Auditorlar Məhkəməsinin məlumatlarına istinadən yazıb.
Bu artım ölkədə yol kameralarının sayının artması ilə bağlıdır. İl ərzində onların sayı 4530-dan 4661-ə yüksəlib. İl ərzində orta hesabla radarların 91%-i işlək vəziyyətdə olub.
Bununla belə, cərimələrin təsiri getdikcə daha az məhdudlaşdırıcı olur. Bu barədə hüquqşünas Remi Cossom deyib. Onun sözlərinə görə, yollarda baş verən hadisələrin sayı bir neçə ildir ki, dəyişməz olaraq qalır.
Onun fikrincə, Fransanın alkoqolizm və narkomaniyaya qarşı mübarizə siyasətini dəyişdirmək, habelə lisenziyasız avtomobil idarə etmək daha təsirli tədbirlər olardı.
Samir