Dünya Bankı Afrikaya diqqət yetirməyə çağırır

DÜNYA
23:16 / 01.05.2024
318

Beynəlxalq oyunçular Afrika ölkələrini demoqrafik və potensial işçi qüvvəsi baxımından nəzərdən qaçırmamalıdırlar. 

HİT.az xəbər verir ki, bunu Dünya Bankının prezidenti Ajay Banqa "Financial Times"a bildirib.

Dünya Bankının rəhbəri qeyd edib ki, Afrika ölkələrinin gəncləri bu qitənin ən mühüm "aktivi"dir və bunun sayəsində Afrika ölkələrinin rifahını təmin etmək mümkündür.

"Məqsəd bu demoqrafik dividentlərin maraqlarını təmin etməkdir", deyə Banqa bildirib

Dünya Bankının prezidenti qeyd edib ki, 2050-ci ilə qədər Afrika əhalisi dünya əhalisinin təxminən 1/4-ni təşkil edəcək və təxminən 2,5 milyard nəfər olacaq.

Samir

0