Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

DÜNYA
09:59 / 03.05.2024
392

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərini ləğv etmək qərarına gəlib, çünki Amerika tərəfi xarici agentlər haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.

Hit.az bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

"Gürcüstanın baş naziri ABŞ-a bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl ölkə parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın", deyə XİN bildirib.

"Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib", deyə məlumatda qeyd edilir.

Bundan əvvəl Amerika səfiri Robin Dunniqan bildirib ki, Gürcüstan hakimiyyəti strateji tərəfdaşlıq məsələlərini müzakirə etmək üçün ABŞ-a səfər dəvətindən imtina edib.

Mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda qəbul edib. 83 deputat lehinə, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib. Qanuna iki həftə sonra üçüncü oxunuşda baxılacaq.

Mayın 3-də Tbilisidə bir qrup naməlum şəxs xarici agentlər haqqında qanunun qəbuluna etiraz edənlərə hücum edib.

Samir

0