"Ukraynanı danışıqlar masasına gətirmək üçün..." - OLAY AÇIQLAMA

DÜNYA
15:17 / 07.05.2024
424

"Son zamanlarda həm Rusiyanın, həm də Ukraynanın genişmiqyaslı hücumlara hazırlaşdığına dair iddialar səsləndirilir". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, qarşıda böyük və gərgin döyüşlərin olacağı real görünür:

"Çünki bəzi məlumatlar var ki, kollektiv Qərb yay aylarında Ukraynanı masaya oturmağa məcbur edəcək. Rusiya bu prosesə qədər öz mövqelərini gücləndirmək və nəzarəti altında olan əraziləri daha da genişləndirmək istəyir. Yəni mümkün qədər daha çox ərazini nəzarət altına alaraq masaya getməyə çalışır. Təbii ki, Ukrayna da bunun əksini hədəfləyir".

349626

Onun fikrincə, bunu anlayan və Rusiyaya təsir göstərməyə çalışan bir sıra Qərb ölkələri öz səfirlərini geri çağırırlar:

"Düzdür, bunun müxtəlif səbəbləri ola bilər. Lakin hər bir halda bu addım da Rusiya-Ukrayna müharibəsi ilə birbaşa bağlıdır".

Ekspert qeyd edib ki, Ukraynaya da müəyyən mənada təsirlər edilir:

"Rəsmi Kiyevə verilən vədlərin çox gec yerinə yetirildiyini görürük. Həm maddi, həm hərbi, həm də texniki yardımların həddindən artıq ləng edildiyinin şahidi oluruq. Bu da Ukraynanı müəyyən mənada masaya oturmağa hazırlamaq prosesinə xidmət edir. 

Düzdür, dünyada baş verən proseslərlə bağlı olaraq vəziyyət dəyişə də bilər. Amma hazırkı məqamda kollektiv Qərbin Rusiya ilə Ukrayna arasında danışıqların başlamasında maraqlı olduğunu düşünürəm". 
  
Pərviz

0