Erməni müxalifəti Paşinyanı impiçmentlə göndərə bilməz, çünki...

DÜNYA
10:09 / 13.05.2024
407

"Tarixən Ermənistanda mövcud olmuş kilsə hər zaman Cənubi Qafqazda münaqişələri qızışdıran faktor olub". 

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Ermənistana daxili sabitliyin pozulması Nikol Paşinyanı narahat edir:

"Buna baxmayaraq, o, hakimiyyətdən getmək fikrində deyil. Düşünürəm ki, keşiş Baqratın Tavuşdan İrəvana doğru başlanan üsyan zamanı Paşinyan daha soyuqqanlılıqla hərəkət edir. Maraqlı məqam budur ki, Paşinyan üsyanı yatırtmaq üçün gücdən istifadə etmir. Baş nazir göstərmək istəyir ki, üsyan getdikcə səngiyəcək və xalq keşişin sıralarına qoşulmayacaq".

Ekspertin sözlərinə görə, Nikol Paşinyan son bir il ərzində olduqca riskli oyun oynayır:

"Təbii ki, indiki məqamda Paşinyanı hakimiyyətdən devirmək asan məsələ deyil. Ermənistandan kənarda xarici xüsusi xidmət orqanlarının hazırladığı ssenari ilə hərəkət edən keşiş Baqrat üsyanı xalqı Paşinyana qaldırmaqla daxili sabitliyi pozmaq və Baş nazirin nüfuzunu aşağı salmaq məqsədi daşıyır". 

350133

Politoloq onu da diqqətə çatdırıb ki, müxalifətin Nikol Paşinyanı impiçment proseduru ilə hakimiyyətdən uzaqlaşdırması da mümkün deyil:

"Amma məsələ burasındadır ki, Ermənistan Konstitusiyasına görə belə bir təşəbbüslə çıxış etmək üçün parlamentdəki müxalifət partiyalarına azı 36 səs lazımdır. Hazırda isə onlar yalnız 35 mandata malikdirlər. Halbuki, Konstitusiyanın 115-ci maddəsinə görə Baş nazirə etimadsızlıq səsverməsinin keçirilməsi tələbi ilə çıxış etmək üçün parlamentdəki 107 deputatdan azı 36-sının imzası lazımdır.

Parlamentdə keçmiş prezidentlər Robert Köçəryanın Hayastan fraksiyasının 29, Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının isə 6 deputatı var. Bu məqamda 1 deputanın imzası çatmır". 

Rüstəm Tağızadə hesab edir ki, Ermənistandakı etirazlar davam edəcək:

"Düşünürəm ki, Keşişin 2018-ci ildə Paşinyanın etdiyi yürüşü ilə oxşarlıq təşkil yürüşü hələ davam edəcək. Lakin Ermənistanın Baş naziri daha praqmatik siyasət aparır. Bu səbəbdən də Rusiya və Qərbin mübarizə meydanına çevrilən Ermənistanda siyasi prosesləri mürəkkəb elementləri daha çox təzahür edəcək".

Pərviz

0