Böyük Britaniyanın xarici işlər naziri David Kameron Gürcüstandakı xarici agentlərlə bağlı qanun layihəsini səhv adlandıraraq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılmasını "avtoritar rejimlərə" xas problem adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə "Sky News" yazıb.
“Biz gürcü xalqını fəal şəkildə dəstəkləyirik. Biz bu qanun layihəsinin səhv olduğunu açıqladıq. Əslində, dünyanın bir çox ölkəsi vətəndaş cəmiyyətini məhdudlaşdırmaq və nəzarət etmədiyi hər hansı xarici qeyri-hökumət təşkilatlarını və ya xeyriyyə təşkilatlarını hədəfə almaq cəhdi ilə oxşar qanunlar qəbul edir", deyə Kameron bildirib.
Onun fikrincə, hadisələrin bu cür inkişafı avtoritar rejimlərə xas olan qlobal problemdir.
Bundan əvvəl Gürcüstan parlamentinin hüquq komitəsi xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 11-də Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı ən böyük mitinq keçirilib. Bir neçə min insanın iştirak etdiyi nümayiş Avropa Gününə təsadüf edib. Etirazçılar şiddətli yağış nəticəsində dağılıb.
Samir