Almaniya NATO-nun Ukraynada uçuşa qadağa zonası tətbiq etmək çağırışını dəstəkləməyib

DÜNYA
15:10 / 13.05.2024
439

Almaniya NATO-nun Ukrayna üzərində təklif etdiyi uçuşa qadağa zonasının tətbiqini rədd edib və mövqeyini dəyişməyib. 

HİT.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin nümayəndəsi bir sıra alman qanunvericilərinin belə bir addım atmağa dair son daxili çağırışlarından sonra bildirib.

"Biz keçən dəfə bu təklifi rədd etdik və məncə, eyni şey indi daxil olan müxtəlif müraciətlərə də aiddir", deyə bildirilib.

Ukraynadakı hərbi əməliyyatın ilkin mərhələsində prezident Volodimir Zelenski dəfələrlə beynəlxalq ictimaiyyəti ölkə ərazisi üzərində uçuşa qadağan zona tətbiq etməyə çağırıb.

Münaqişənin genişlənməsi riskləri səbəbindən bu ideya dəstək qazanmayıb.

Apreldə amerikalı milyarder Devid Saks demişdi ki, Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq olunarsa, bu, Rusiya təyyarələrinin vurulmasına və nəticədə üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxaracaq.

Samir

0