Kral kimyaterapiyaya görə dad hissini itirib

DÜNYA
17:50 / 13.05.2024
302

İngiltərə kralı III Çarlz xərçəngdən müalicə zamanı dad bilmə qabiliyyətini itirdiyini deyib.

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

"Hempşir Hərbi Hava Qüvvələri Muzeyini ziyarət edən Kral III Çarlz xərçəng xəstəliyindən müalicə olunarkən dad duyğusunu itirdiyini açıqlayıb", deyə nəşr yazıb.

Qeyd olunur ki, səfər zamanı kral Britaniya silahlı qüvvələrinin veteranı Aaron Mapplebeklə danışıb. O, monarxa keçən il testis xərçənginin müalicəsinin bir hissəsi kimi kimyaterapiyadan keçdiyini, bununla bağlı dad duyğusunu itirdiyini qeyd edib. Kral cavab verib ki, eyni şey onun da başına gəlib.

Bukingem Sarayı fevralın 5-də III Çarlzın hansı orqanın təsirləndiyini dəqiqləşdirmədən xərçəng diaqnozu qoyulduğunu açıqlayıb. Kral müalicəyə başlayıb, həkimlər ona ictimai tədbirləri təxirə salmağı məsləhət görüblər.

Aprelin sonunda Böyük Britaniya kralı III Çarlz səhhətinin yaxşılaşması fonunda xərçəng diaqnozundan sonra ilk dəfə olaraq dövlət işlərinə qayıdıb.

Samir

0