Polşa Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni immiqrantları qəbul etməyəcək

DÜNYA
18:45 / 14.05.2024
408

Polşanın baş naziri Donald Tusk bildirib ki, Varşava Avropa İttifaqı Şurasının qəbul etdiyi Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni miqrantları qəbul etməyəcək. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Polşa Rusiya-Ukrayna münaqişəsi ilə bağlı artıq yüz minlərlə miqrantı, həmçinin Belarusdan olan on minlərlə miqrantı qəbul edib.

Bundan əvvəl Avropa Parlamenti Brüsseldə keçirilən sessiyada Aİ miqrasiya standartlarının sərtləşdirilməsini ehtiva edən miqrasiya və sığınacaqla bağlı paktın lehinə səs verib.

Bu islahatlar Aİ-də 2015-ci ildən hazırlanır. Qaydalar toplusu miqrantların sərhədlərdə filtrasiya prinsiplərini təqdim edir və onların Aİ hüdudlarından kənara çıxarılması qaydalarını sadələşdirir. Sənəd həmçinin kvota əsasında miqrant qəbul etmək istəməyən ölkələrə Aİ büdcəsinə rüsum ödəməyə icazə verir.

Samir

0