"Bir sıra Qərb siyasətçiləri öz hegemonluqlarını saxlamaq üçün genişmiqyaslı hərbi münaqişəyə start verməyi mümkün hesab edirlər, lakin bunun qarşısını almağa qadir olan məsuliyyətli siyasətçilər də var".
HİT.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə namizəd Sergey Narışkin bildirib.
"Xidmətin əldə etdiyi kəşfiyyat məlumatlarına görə, bəzi Avroatlantik siyasətçilər öz hegemonluqlarını qorumaq üçün genişmiqyaslı hərbi münaqişəyə yol açmağı mümkün hesab edirlər", deyə Narışkin Federasiya Şurasının plenar iclasında bildirib.
Onun sözlərinə görə, Qərb bloku bunu özü üçün faydalı və ağlabatan dərəcədə təhlükəsiz hesab edərsə, bunun həqiqətən baş verə biləcəyinə inanmaq üçün güclü səbəblər var.
"Demək istərdim ki, dünyada həqiqətən də məsuliyyətli qlobal və regional oyunçular var ki, onlar birləşərək belə bir münaqişənin baş verməsinin qeyri-mümkünlüyünü təmin edə bilirlər. Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfdaş kəşfiyyat xidmətləri ilə birlikdə bu sahədə vəziyyətin inkişafını çox diqqətlə izləyir", deyə Narışkin bildirib.
Samir