Ukraynanın NATO-ya dəvət olunması üçün şərt açıqlandı

DÜNYA
20:20 / 14.05.2024
274

Şimali Atlantika Alyansının keçmiş baş katibi Anders Foq Rasmussen (2009-2014) bildirib ki, Ukraynanın 1991-ci il sərhədləri daxilində NATO-ya dəvət edilməsi məqsədəuyğun olardı, lakin bu, bir gecədə qəbul olunmağa zəmanət deyil. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O vurğulayıb ki, hazırkı vəziyyətdə Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı çətinliklər yarana bilər, məsələn, qoşulacaq ölkə artıq müharibə vəziyyətindədirsə, Kollektiv Müdafiə Müqaviləsi 5-ci maddəsini necə tətbiq etmək məsələsi var.

Rasmussenin fikrincə, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün dəvət sülhə yol aça bilər ki, bu da ölkənin bir gecədə alyansa qəbul edilməsinə bərabər deyil.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Ukrayna hərbi münaqişədə məğlub olarsa, onun bərpasına səy və pul xərcləmək mənasız olardı.

Samir

0