Ermənistanın təzə “qara keşişi” kimin marionetkasıdır?

14:34 / 15.05.2024
451

Bir neçə gündür Ermənistanı bir-birinə qatan, iğtişaşlara rəhbərlik edən keşiş Baqrat Qalstyan hansı güclərin marionetkasıdır?

Kanada vətəndaşlığı olan bu adam haradan və niyə meydana çıxdı?

Hit.az-ın bu sualını siyasi şərhçi Mübariz Göyüşlü cavablandırıb:

350316

"Hazırda Paşinyana daxili təzyiqləri dəstəkləyən ən böyük güc Rusiyadır. Baqrat isə  bu ölkənin bütün din xadimləri kimi  Rusiyanın xüsusi təhlükəsizlik orqanının  gizli əməkdaşlarından biridir. İndiki halda onun ikili oyun sərgilədiyini düşünmək olar. Fransanın kilsə planına dəstək verməsi mümkündür. Fransadakı erməni diasporu, Makronla birbaşa təması olan Murad Papazyan keşiş Baqratı dəstəkləyir. Paşinyana qarşı olan bütün qüvvələr hazırda keşiş Baqratı dəstəkləyir".

Murad

0