ABŞ Rusiya sərhədləri yaxınlığında Mk 70 raket buraxılış sistemlərini yerləşdirdi

DÜNYA
18:18 / 16.05.2024
355

Mayın əvvəlində Rusiya Xarici İşlər Nazirliyi Amerika qüvvələrinin Filippinə və Rusiya sərhədlərinə “Typhon” sistemlərini yerləşdirməsi səbəbindən dünyanın müxtəlif regionlarında orta və qısa mənzilli raketlərin yerləşdirilməsinin nəticələri barədə ABŞ-a xəbərdarlıq edib. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti"nin materialında deyilir.

Agentliyin məlumatına görə, söhbət Mk 41 şaquli buraxılış raket sisteminin yerüstü versiyası olan Mk 70-dən gedir. Mayın 6-da Almeqards Kaserne bazasında jurnalistlərə nümayiş etdirilib. Amerika mediasında bu sistemə "MRC Typhon" da deyilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin bildirdiyinə görə, Mk 70 2013-cü ildə istifadəyə verilmiş "Raytheon Standard SM-6" zenit-raket kompleksləri ilə təchiz edilib. Hərbi gəmilərin hava hücumundan və raketdən müdafiəsi üçün nəzərdə tutulub. Hava hədəflərinə atəş məsafəsi 230 kilometrdir.

Samir

0