Avropa yığılmış borclarla bağlı risklər barədə xəbərdarlıq edib

DÜNYA
20:58 / 16.05.2024
551

Avropa Mərkəzi Bankı (ECB) Avropa İttifaqı ölkələrinin dövlət borclarını azaltmadıqları üçün mənfi şoklara qarşı daha həssas olduğunu bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Yüksək borc səviyyələri və mülayim fiskal siyasətin birləşməsi investorları uzaqlaşdırır. "Bu da öz növbəsində borclanmanın daha da artmasına gətirib çıxara və maliyyə sabitliyinə mənfi təsir göstərə bilər", deyə tənzimləyici xəbərdarlıq edib.

Struktur problemləri regionda iqtisadi artıma əsas maneə olaraq qalır. ECB qeyd edib ki, kommersiya daşınmaz əmlakında artan itkilərin əlamətləri də narahatlıq doğurur.

Tənzimləyicinin xəbərdarlığı Avropa Komissiyasının növbəti iki il üçün yenilənmiş iqtisadi proqnozlarını dərc etməsindən sonra gəldi. Yeni hesablamalara görə, 2024-cü ildə avrozonada ÜDM artımı 0,8% (əvvəlki proqnozda 1,2%), 2025-ci ildə isə 1,4% (1,6%-dən) təşkil edəcək.

Samir

0