İtaliya Azərbaycana yeni səfir təyin etdi

DÜNYA
18:09 / 20.05.2024
343

Luka di Canfrançesko İtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib.

HİT.az bu barədə İtaliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu vəzifəni əvvəllər Klaudio Taffuri icra edirdi.

Səfir yeni təyinatı ilə əlaqədar İtaliyanı Azərbaycanda təmsil etməkdən qürur duyduğunu vurğulayıb:

“Biz Azərbaycandakı səfirlik və İtaliya Ticarət Agentliyi (İTA) ilə birlikdə iki ölkə arasında möhkəm körpülərin qurulması məqsədi ilə İtaliya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsinə çalışacağıq”.

0