İsrail ordusu Cenin şəhərində əməliyyata başladı

DÜNYA
11:53 / 21.05.2024
454


İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərində antiterror əməliyyatının başladığını elan edib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Təhlükəsizlik bölmələri Cenində terrorla mübarizə əməliyyatına başlayıb", -deyə məlumatda qeyd olunur.
"Ynet" portalının yazdığına əsasən, Cenində İsrail hərbçiləri ilə fələstinli döyüşçülər arasında silahlı qarşıdurmalar başlayıb.

0