Suriya prezidentinin həyat yoldaşı Əsma Əsədə qan xərçəngi diaqnozu qoyulub.
Bu barədə dövlət başçısının ofisində bildirilib.
Bəyanatda Əsədin xəstəliyin bir sıra simptomları və klinik əlamətlərinin olduğu bildirilir. Hərtərəfli müayinədən sonra ona kəskin miyeloid leykoz diaqnozu qoyulub. Birinci xanım "müvafiq sosial məsafəni" qoruyacaq və müalicə planının bir hissəsi olaraq ictimai tədbirlərdən müvəqqəti uzaqlaşacaq.
Xatırladaq ki, Əsma Əsədin 48 yaşı var. O, Londonda Suriyanın Homs şəhərindən olan mühacir ailəsində anadan olub və yalnız 2000-ci ilin noyabrında vətəninə qayıdıb və orada Bəşər Əsədlə ailə qurub. Onların üç övladı var. Əsmanın valideynləri İngiltərədə yaşamağa davam edir.